DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara CAVAB

 16:59 13.08.2023     320

Kuriyerlik fəaliyyəti ilə məşğul olan Zeynalov Orxan barəsində polis əməkdaşları tərəfindən hər hansı əməliyyat tədbiri keçirilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir, O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır.

"Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb".