"Azəriqaz" Gəncə sahibkarları ilə görüş keçirəcək

 10:54 14.08.2023     791

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Redaktor.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq.

Aksiya Füzuli Parkının qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” avqustun 16-da saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

2