Baş Prokurorluqda yeni TƏYİNAT

 12:22 14.08.2023     357

Baş Prokurorluqda yeni təyinat olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru Xalid Mirzəyev tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a məlumatı təsdiq ediblər.