Zəlzələ mesajları ilə bağlı RƏSMİ AÇIQLAMA

 09:20 16.08.2023     350

“Telefonlara gələn zəlzələ ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, zəlzələ Türkmənistan ərazisində baş verib.

Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ qeydə alınıb.