Dəyişdirilmiş smart-kart tipli sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?
"Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş "ASAN kommunal" mərkəzlərinə yaxınlaşmalıdır".
Redaktor.az xəbər verir ki, bu sözləri açıqlamasında SOCAR Azəriqaz İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib.
Onun sözlərinə görə, "ASAN Kommunal" mərkəzlərinə yaxınlaşan şəxslər, şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı, çıxarılan və yeni quraşdırılan smart kartları təqdim etməlidir:
"Qeyd edilən sənədləri təqdim etməklə köhnə kartda olan məbləği yeni kartla əlavə heç bir rüsum ödəmədən köçürə bilərlər".
Həmidə İBRAHİMLİ