Bəzi abonentlərə bu səbəbdən SMS bildiriş göndərilir

 13:27 18.08.2023     475

“Presight G42” şirkətinin və SOCAR "Azəriqaz” İstehsalat Birliyinin birgə layihəsi olan smart qaz şəbəkəsinin və intellektual infrastrukturun, smart rəqəmsal İOT və Aİ platformaların, LoraWan şəbəkəsinin və “smart-ötürücü” qurğuların tətbiqi məqsədilə Sumqayıt şəhərinin “Yaşma bağları” ərazisində pilot layihə həyata keçirilir.

Pilot layihə əsasında qeyd olunmuş ərazi üzrə qaz istehlakçılarının mövcud sayğacları yenisi ilə əvəz olunması və “smart-ötürücü”lərin quraşdırılması planlaşdırılır. İstehlakçıların məlumatlandırılması məqsədilə layihə barədə qeydiyyatda olan abonentlərə SMS bildiriş də göndərilib.