Saleh Məmmədov Qubada vətəndaşları qəbul etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Quba rayonunda vətəndaşları qəbul edib.
Redaktor.az quruma istinadən xəbər verir ki, qəbulda Quba və Qusar rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların şikayətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlər görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.