Bakı və bir sıra rayonlarda 14 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlandı

 19:09 18.08.2023     290

Bakıda və bir sıra rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkar olunub.

Bu barədə Redaktor.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Zaqatala, Qobustan, Masallı və Salyan rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 11 inzibati tədbir görülüb, üç məntəqədə qanunsuz metal konstruksiyalar, bir məntəqədə isə yenidən bərpa olunan qurğu sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə https://afsa.gov.az/az/xeberler/qanunsuz-heyvan-kesiminin-qarsisi-alinir-17-avqust linkində tanış olmaq olar.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.