Sumqayıtda suda boğulma ilə bağlı daxil olan müraciətlərin SAYI

 14:20 19.08.2023     302

Bu ay Sumqayıt Tibb Mərkəzinə suda boğulma ilə bağlı 7 müraciət daxil olub.

Bu ay TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına suda boğulma ilə bağlı ümumi 7 müraciət daxil olub.

Redaktor.az xəbər verir ki, onlardan 4 nəfərinə yerində yardım göstərilərək, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Üç nəfər isə suda boğulma səbəbi ilə vəfat edib.