Polis istirahət zonalarında fasiləsiz xidmət aparır - FOTOLAR

 13:13 20.08.2023     281

Daxili İşlər Nazirliyi (DİN) istirahət zonalarında təhlükəsizlik tədbirlərini davam etdirir.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, vətəndaşların istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşları fasiləsiz xidmət aparır.

Respublika üzrə xidmətə əlavə canlı qüvvə və avtomobillər cəlb edilib:

“İstirahət zonalarında hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub. İctimai təhlükəsizliyin təmini xidmətimizin əsas meyarıdır”.

222