Kəlbəcərdə sovet dövründən qalma işıq xətləri yenisi ilə əvəzlənir - VİDEO

 15:04 21.08.2023     473

Azərbaycanın ən böyük və ən yüksəkdə yerləşən Kəlbəcər rayonunda sovet dövründən qalma köhnə xətlər yenisi ilə əvəzlənir.

Redaktor.az “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, bundan əlavə Alagöllər, Zod, İstisu kimi relyefi çətin olan yüksəkliklərdə yerləşən ərazilərdə də artıq Azərbaycan işığı yanır. Zar kəndi istiqamətində 35 Kv-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlanılıb. Xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır.

Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir. Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir avadanlıqlarla təchiz ediləcək. Bu da gələcəkdə Kəlbəcər rayonunun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq.

Əsas məqsəd işğaldan azad olunan rayonlarımıza qayıdan sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir.