Masallıda aşan ağac 150 ailənin istifadə etdiyi yolu bağladı

 23:13 21.08.2023     314

Masallıda aşan ağac 100-dən çox ailənin istifadə etdiyi yolu bağlayıb.

Redaktor.az xəbər verir ki, axşam saatlarında rayonun Mollaoba kəndi, Nəriman Nərimanov küçəsində yaşayan kənd sakini Səidə Məmmədtağı qızı Məmmədovaya məxsus evin damının üstünə iri gövdəli ağacın aşması nəticəsində 150 ailənin istifadə etdiyi yol bağlanıb. Həmçinin elektrik və rabitə dirəkləri zədələnib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun məlumatına görə, hazırda ərazidə polis əməkdaşları xidmət aparır. Nəqliyyatın alternativ yola yönləndirilməsi istiqamətində işlər görülür (report).