Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB
Zəlzələ Masallı və Cəlilabad rayonlarının inzibati sərhəddində baş verib.
Bunu Redaktor.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
İlkin məlumata görə, Maqnutuda 4.9, dərinlik 13 km olub. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
***
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən zəlzələ baş verdiyini təsdiqləyiblər.
Mərkəzdən Redaktor.az-a verilən məlumata görə, zəlzələ Cəlilabad rayonu ərazisində qeydə alınıb, maqnitudası 5-ə yaxındır.
Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin məlumatına görə, zəlzələ Cəlilabad, Masallı, Lerik və Yardımlıda güclü hiss olunub.
***
Azərbaycanda zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, zəlzələ saat 01:23-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində 5.5 bal gücündə qeydə alınıb.
Bununla bağlı mobil telefonlara bildirişlər də gəlib.
T.İSMAYIL