Bakının bu yollarında tıxac var

 09:00 23.08.2023     263

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda sıxlıq olan yollar barədə məlumat açıqlayıb.

Redaktor.az NİİM-ə istinadən xəbər verir ki, hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, "Koroğlu" metrostansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.