Daşaltıda 31 il əvvəl itkin düşən şəxsin meyitinin qalıqları Qobuda dəfn olundu - FOTO

 14:12 23.08.2023     322

Şuşa rayonunun Daşaltı kəndində 1992-ci ildə itkin düşən Hüseynov Gülverdi Ağahüseyn oğlunun qalıqları Abşeron rayonunun Qobu qəsəbəsində dəfn olunub.

Redaktor.az xəbər verir ki, dəfn mərasimində ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

***

Kütləvi məzarlıqda qalıqları tapılan Hüseynov Gülverdi Ağahüseyn oğlu Abşeron rayonunun Qobu qəsəbəsində dəfn olunur.

Redaktor.az  xəbər verir ki, dəfn mərasimində Gülverdi Hüseynovun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edir.

1951-ci il təvəllüdlü Gülverdi Hüseynov 26 yanvar 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb.

Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir.

İndiyədək onlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir (apa).

Daşaltıda 31 il əvvəl itkin düşən şəxsin meyitinin qalıqları Qobuda dəfn olunub - FOTO Daşaltıda 31 il əvvəl itkin düşən şəxsin meyitinin qalıqları Qobuda dəfn olunub - FOTO Daşaltıda 31 il əvvəl itkin düşən şəxsin meyitinin qalıqları Qobuda dəfn olunub - FOTO Daşaltıda 31 il əvvəl itkin düşən şəxsin meyitinin qalıqları Qobuda dəfn olunub - FOTO