Bu istiqamətdə əlavə qatar reysləri təyin edilir

 12:09 24.08.2023     510

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 27 avqust tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Redaktor.az-a QSC-dən məlumat verilib.

Bildirilib ki, 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, 17:10-da qatar Ağstafadan Bakı Dəmiryolu Vağzalına yola düşəcək.

Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.

Bilet almaq üçün https://ticket.ady.az/.