Borc saldosunu necə əldə etmək olar? - "Azəriqaz"dan AÇIQLAMA

 13:01 25.08.2023     510

"Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş borc saldosunu əldə etmək üçün "ASAN xidmət" mərkəzlərinə müraciət etməlidir".

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR Azəriqaz İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vətəndaşlar müraciət zamanı şəxsiyyət vəsiqəsinin əsli və sayğac abonent kodu haqqında hər hansı bir məlumatdan istifadə etməlidirlər. Bununla da borc saldosunu əldə edə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur".

Həmidə İBRAHİMLİ