"Azəriqaz"dan əhaliyə mühüm XƏBƏRDARLIQ

 13:02 25.08.2023     1207

"Qaz borularının xəbərdarlıq edilmədən, gizli şəkildə yerin altı ilə aparılması qəti qadağandır".

Redaktor.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İB-nin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, bəzi abonentlər gizli şəkildə qaz borularını yerin altı ilə çəkir:

"Bu kimi edilən dəyişikliklər sonda bədbəxt hadisə ilə nəticələnir. Abonentlərdən bu mövzuda son dərəcə diqqətli olmaları xahiş olunur. Qaz borularının yerin altı ilə aparılması qadağandır. 

Bu zaman qaz sızması halları yoxlanışlarda hiss olunmadığından əksər hallarda partlayış baş verir. Buna görə də mümkün qədər diqqətli olmaq lazımdır".

Həmidə İBRAHİMLİ