Birinci Qarabağ müharibəsində itkin düşən Nofəl Qurbanovla vida mərasimi keçirilir

 13:01 25.08.2023     210

Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Nofəl Qurbanovla Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsində vaxtilə yaşadığı evdə vida mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra onun meyitinin qalıqları rayonun Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Nofəl Nəriman oğlu Qurbanov 1971-ci ildə Sabunçu rayonunda anadan olub.

1992-ci ildə Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Xatırladaq ki, Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq işləri zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sümüklərinin qalıqları aşkarlanıb.

Aparılmış ekshumasiya zamanı 10 nəfərin şəxsiyyəti müəyyən olunub (oxu.az).