Prezident və xanımı Kəlbəcərdə “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış oldular

 13:44 25.08.2023     277

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.

Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.