Allahşükür Paşazadə üçün özəl gün

 13:56 26.08.2023     451

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 74 yaşı tamam olur.

Redaktor.az xatırladır ki, şeyx 1949-cu ilin bu günündə Lənkəranın Cil kəndində anadan olub.

1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. O, Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr – Şeyxülislam seçilib.