Ölkə ərazisində hava şəraiti yağmursuz keçib – FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
Onun verdiyi məlumata görə, hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 21 dərəcə isti müşahidə olunur.