Xankəndidən gələn ermənilər “Laçın” buraxılış məntəqəsindən Ermənistana buraxıldı - FOTO
Xankəndidən gələn erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana növbəti keçidi təmin edilib.
Redaktor.az xəbər verir ki, bu gün Xankəndidən gələn erməni əsilli 150 nəfərdən çox "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçməsi gözlənilir.
Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst keçidlərinə imkan yaradılıb. Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.
Onlardan 100 yaşlı Lesmonya Arstanyanın məntəqədən sərbəst keçidinə şərait yaradılıb (APA).