Bu tibb mərkəzinə protokol yazıldı

 12:17 28.08.2023     294

“Xəzər Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinə inzibati protokol yazılıb.

Redaktor.az pravda.az-a istinadla xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun sədrliyi ilə araşdırılacaq.