Arayikin iqamətgahı atəşə tutuldu - VİDEO

 14:19 28.08.2023     567

Telegram kanallarında naməlum şəxslərin Xankəndidəki erməni separatçılarının lideri Arayik Arutyunyanın iqamətgahı istiqamətində atəş açdığı video yayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

"Öyrəndik ki, hadisədən əvvəl adi Qarabağ vətəndaşları "prezident"in kabinetinə daxil olub, vəziyyətlə bağlı qızğın söhbət ediblər, sonra çıxıb güllələyiblər, indi polisdədirlər", - deyə nəşr qeyd edib.

T.İSMAYIL