Humanitar yük üçün sülhməramlılardan cavab gözləyirik - AzQAC

 19:56 29.08.2023     424

“Humanitar məqsədimizlə bağlı Rusiya sülhməramlı qüvvələrinin zabitinə məlumat verildi. O da öz növbəsində komandanlığına məruzə edəcək”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev hadisə yerində olan jurnalistlərə bildirib.

Ceyhun Mirzəyev deyib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün hazırda sülhməramlıların cavabını gözləyirlər.

“Nə vaxt cavab verəcəkləri bilinmir. Cavab alındıqdan sonra məlumat açıqlanacaq”, - deyə o bildirib.

Qeyd edək ki, yük Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən göndərilib.