"Bəşər mədəniyyətinə misilsiz tövhələr vermiş yəhudi mədəniyyəti bu gün də yaşayır” - Rektor

 14:00 30.08.2023     403

“Bu keçirdiyimiz konfrans öz mahiyyətinə görə çox vacib mövzuya həsr olunub. Bilirsiniz ki, əsrlərlə dünya mədəniyyətinə, bəşər mədəniyyətinə misilsiz tövhələr vermiş yəhudi mədəniyyəti bu gün də yaşayır”. 

Redaktor.az xəbər verir ki, bunu bu gün Azərbaycan Dillər Universitetində “Şimal və Şərqi Qafqazda yəhduilərin irsi və mədəniyyəti” mövzusunda keçirilən konfransda universitetin rektoru, akademik Kamal Abdulla deyib. 

Onun sözlərinə görə, bu gün yəhudi mədəniyyətinin yaşamağının ən bariz səbəblərindən biri odur ki, o, öz keçmişini unutmur, harda yayılmağından asılı olmayaraq, o, keçmişlə bağlı öz sözünü deməyə çalışır:

“Bu gün azərbaycanlı və yəhudi münasibətlərinin xüsusi bir günüdür. Çünki məhz Azərbaycanda yaşayan yəhudi irsinə biz bu konfrans vasitəsilə bir daha nüfuz etməyə çalışırıq”.

Həmidə İBRAHİMLİ