Vüqar Əhmədov Yevlaxda vətəndaşları qəbul etdi - FOTO

 16:53 30.08.2023     300

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Yevlax şəhərində vətəndaşları qəbul edib.

Redaktor.az quruma istinadən xəbər verir ki, qəbulda Yevlax və Ucar rayonlarından olan sakinlər iştirak edib.

Səhmdar cəmiyyətinin fəaliyyət istiqamətlərinə uyğun müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlər yerindəcə həll edilib, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

2