14 azərbaycanlı miqrant Almaniyadan geri qaytarıldı

 17:16 30.08.2023     231

Almaniyada icazəsiz yaşayan 14 azərbaycanlı geri göndərilib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Məlumatda bildirilib ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 avqust tarixində 14 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Qeyd edilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib:

“Fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir”.