Sabah çimərliklərdə hava necə OLACAQ?
Avqustun 31-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Milli Hidrimeteorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, sabah çimərliklərdə cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25° isti olacaq.
Cənub çimərliklərində: Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.