Diplomatik korpusun nümayəndələri Ağdam-Xankəndi yolunda - FOTO
Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yüklərinə baxış keçiriblər.
Redaktor.az-ın Report-a itinadla məlumatına görə, onlara məlumat verilib ki, hər birində 20 ton olmaqla iki yük maşınına yüklənmiş əla növ ərzaqlıq buğda unu 28 avqust 2023-cü ildə istehsal edilib.
Bu da Bakıdan Xankəndiyə göndərilən 40 ton unun köhnə və keyfiyyətsiz olması barədə erməni tərəfinin iddialarının əsassız olduğunu sübut edir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton unun Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur.