"İcra başçısı çətinlik çəkəndə, onun yanında olub, yardımçı olmuşam" - Vahid Əhmədov yeni təyinatdan DANIŞDI

 18:13 31.08.2023     651

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovu Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Yeni icra başçısının təyinatı və ondan gözləntilər barədə Redaktor.az-a danışan Quba rayonunun deputatı Vahid Əhmədov bildirdi ki, o, İlqar Mahmudovu tanımır:

"Mənim onunla tanışlığım yoxdur. Tanımıram. Yəqin tanış olarıq. Dövlət başçısı təyin edib. Nə kömək lazımdır, əlimizdən gələni edəcəyik ki, Qubada vəziyyət normal olsun, problemlər olmasın. İnşallah təmaslar qurulsun. Yəni problemlərin həllində mən həmişə icra başçılarına kömək etmişəm. İndi də edəcəm. Mən fikirləşirəm ki, elə də ciddi problem ola bilməz. Çünki mən baxdım, o adam Elm və Təhsil Nazirliyindən gəlir. Elm və Təhsil Nazirliyində Daxili nəzarət şöbəsinin müdiri olub. Özünün fəaliyyətindən, camaatla təmas qurmasından asılıdır. Amma mən Qubadan bir millət vəkili olaraq həmişə kömək etmişəm. Hansı ki, elə məsələlər var icra hakimiyyəti müəyyən qədər çətinlik çəkəndə, onun yanında olub, yardımçı olmuşam. İndi də cənab prezidentin təyin etdiyi icra başçısıdır, mən ona kömək edəcəm. Çalışacam ki, problemlər olmasın",- deyə deputat qeyd etdi. 

Həmidə İBRAHİMLİ