20 və 25 qəpik tarifilə qazdan istifadə edənlərin sayı AÇIQLANDI

 11:29 01.09.2023     339

“2023-cü ilin yanvar-iyul ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 662 428 abonent 12 qəpik tarifilə, 754 649 abonent 20 qəpik tarifilə və 90 839 abonent 25 qəpik tarifilə qazdan istifadə edib”.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz " İB-nin mətbuat katibi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında danışıb. 

Onun sözlərinə görə, keçən ilin eyni dövrü ilə müqayisədə, yəni 2022-ci ilin müvafiq dövrü ərzində əhali sektoru üzrə təbii qazla təmin olunan 1 667 301 abonent 12 qəpik tarifilə, 674 361 abonent 20 qəpik tarifilə qazdan istifadə edib:

“93 109 abonent isə 25 qəpik tarifilə qazdan istifadə edib”.

Həmidə İBRAHİMLİ