Kəlbəcərdə bu il 4719 ha minalardan təmizlənib

 13:39 01.09.2023     349

Müdafiə Nazirliyinin humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan istehkamçıları tərəfindən 2023-cü il ərzində Kəlbəcər rayonu ərazisində yaşayış infrastrukturu, energetika və ekoloji layihələr olmaqla 4719 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Kəlbəcərdə keçirilın səyyar iclasında İşçi Qrupda təmsil olunan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmisi deyib.

İclasda, işğaldan azad edilmiş ərazilərdə hökumət tərəfindən müəyyən edilmiş müvafiq layihələrin icrası məqsədilə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi fəaliyyəti barədə hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub, eləcə də əməliyyatlara cəlb olunmuş texnika və avadanlıqlar barədə məlumat verilib.