Yuxarı Gövhər ağa məscidinə imam təyin olundu - FOTO

 16:42 01.09.2023     266

Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhər ağa məscidinə (Şuşa cümə məscidi) imam təyin olunub.

Redaktor.az-ın məlumatına görə, nəscidin imamı Mirabdulla Həsənli report-a açıqlamasında bildirib ki, bu ayın ortalarında fəaliyyətə başlayacaq.

O, əvvəllər Şuşa rayonunun imamı olub.

Qeyd edək ki, Yuxarı Gövhər ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

2