"Azəriqaz" Lerikdə "Açıq mikrofon" qurdu - FOTO
"Azəriqaz" İstehsalat Birliyi həftənin sonuncu “Açıq mikrofon” aksiyasını Lerik rayonunun Qələbin kəndində keçirib.
Qurumdan Redaktor.az-a verilən məlumata görə, görüşdə Qələbin sakinləri ilə yanaşı, Əliabad, Siyov və Hovil kəndlərindən üz tutan vətəndaşların da müraciətləri dinlənilib.
Çıxış edənlər sözügedən 4 kəndin qazlaşdırılmasını xahiş ediblər. Ünvanlanan sualları SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri cavablandırıb, vətəndaşlara ətraflı izahatlar verilib.