Ağdam-Xankəndi yolu elektrik enerjisi ilə təmin edildi
Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.
Redaktor.az "report"a istinadla xəbər verir ki, hazırda uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilməsi işi başa çatıb.
110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə qədər çəkilib.