“Separatçı” sözünə görə vəkili məhkəməyə verdi

 13:10 02.09.2023     319

Tanınmış vəkil Alov Səfəralıyev məhkəməyə verilib.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Camal Bağırzadə A.Səfəralıyev barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinin tələbinə uyğun cəzalandırılmasını tələb edib.

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq. 

Bildirilir ki, C.Bağırzadə iddia edib ki, A.Səfəralıyev onun barəsində “separatçı” sözündən istifadə edib. 

Qeyd edək ki, C.Bağırzadə 2022-ci ildə Vəkillər Kollegiyasından kənarlaşdırılıb.

Fotoda: Camal Bağırzadə