"Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun ikinci günü başa çatdı

 17:59 02.09.2023     319

Mədəniyyət Nazirliyi Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən "Azərbaycan Dili Ədəbiyyatı" Forumunun ikinci günü başa çatıb.

Redaktor.az xəbər verir ki, ölkənin tanınmış ədəbiyyatşünaslarının, yazıçı və şairlərinin, həmçinin dilçi alimlərinin, filoloqların iştirak etdiyi forumun ikinci günündə teatr və kinonun ədəbiyyatla əlaqəsinə, həmçinin Azərbaycanda uşaq ədəbiyyatının hazırkı durumuna dair panel müzakirələri olub.

Panel müzakirələri zamanı çıxışçılar sözügedən mövzular ətrafında təkliflərini səsləndiriblər.

Foruma sabahkı iki panellə yekun vurulacaq.

Xatırladaq ki, forumun ilk günü və açılışı dünən Şamaxı rayonunda baş tutub.