Şəmkir DYP Bölməsinə yeni komandir təyin edildi

 23:15 02.09.2023     429

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni baş inspektor təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Musayev Çərkəz Akif oğlu adıçəkilən qurumda baş inspektor vəzifəsini icra edəcək.

Ç.Musayev bu təyinata qədər Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsin yol patrul xidmətinin baş inspektor vəzifəsində çalışıb.