Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçirildi - FOTO

 21:24 03.09.2023     832

Sentyabrın 3-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə tədbir təşkil olunub.

Redaktor.az xəbər verir ki, “Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, seçilmiş tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə davam edir.

222