AYİB-in birinci vitse-prezidenti Azərbaycana səfər edəcək

 10:36 04.09.2023     282

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti, Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Riqterink bu həftə Azərbaycana səfər edəcək.

Redaktor.az xəbər verir ki, Yurgen Riqterinkin Cənubi Qafqaza bir həftəlik səfəri bu gün başlayır.

O, Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə qida sənayesində kadr potensialının gücləndirilməsinə yönəlmiş texniki peşə təhsili və kadrların yenidən hazırlanması sahəsində dövlət-özəl sektor tərəfdaşlığının başlanmasında iştirak edəcək.

Region ölkələrinə səfəri zamanı ayrı-ayrılıqda hökumət rəsmiləri, Mərkəzi Bank, biznes və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşlər gözlənilir.