"Yeni Klinika"ya yeni mətbuat katibi təyin olundu

 12:09 04.09.2023     372

"Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat oilub.

Redaktor.az xəbər verir ki, sözügedən vəzifəyə Nuridə Allahyarova təyin olunub.

Nuridə Allahyarova bundan öncə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

O həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı Nəqliyyat Agentliyi və “BakuBus” MMC-nin mətbuat katibi vəzifəsində çalışıb.