Bakının bu rayonunda su kəsiləcək

 12:45 04.09.2023     437

Bakının Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Redaktor.az-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.