Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi itkin düşdü - VİDEO

 14:47 04.09.2023     316

“26 yaşlı Tərlan Osmanov iyunun 25-də Liman şəhəri ətrafında gedən döyüşlər zamanı aldığı güllə yarasından yıxılıb və onun sağ olub-olmaması haqqında indiyə qədər məlumat yoxdur. Pulemyotçu olan Tərlan həmin döyüşdə son ana qədər mövqeyini tərk etməyib”.

Redaktor.az xəbər verir ki, bunu Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov deyib.

O, Ukraynadan son məlumatları da çatdırıb. Bildirib ki, ötən gecə Xarkov, Nikolayev, Odessa və Dnepropetrovsk vilayətləri kütləvi dron hücumuna məruz qalıb.

Qeyd edilib ki, 35 İran istehsalı olan dron havada ikən zərərsizləşdirilsə də, bir neçəsi Dnepropetrovsk və Odessada dağıntılara səbəb olub.

2