“Meqa Sığorta” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə ASC-nin verdiyi elanda qeyd olunub.
"Məlumat üçün bildiririk ki, 05 oktyabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 19A ünvanında yerləşən Cəmiyyətin Baş ofisində “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir", - deyə elanda bildirilir.