Naxçıvan Şahmat Məktəbinin direktoru işdən azad olundu
Naxçıvan Şahmat Məktəbinin direktoru işdən azad olunub.
Redaktor.az "apa"ya istinadla xəbər verir ki, məktəbin direktoru Hacıyev Emin Davud oğlu öz ərizəsi əsasında işdən çıxarılıb.
Qeyd edək ki, Emin Hacıyev həm də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun müavini idi. Eyni zamanda, o, federasiyanın müavini vəzifəsini də icra etməyəcək.