AzTU-nun dosenti 52 yaşında vəfat etdi

 15:10 06.09.2023     308

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.

Bu barədə Redaktor.az-a AzTU-dan məlumat verilib.

Nigar Zeynalova 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtomatika və hesablama texnikası fakültəsini bitirib. 1992-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.

O, çoxsaylı metodik vəsait və fənn proqramının müəllifi idi.