Leysan nəticəsində İsmayıllı-Lahıc yolu bağlandı

 10:00 07.09.2023     294

Dünən gecə saatlarında güclü külək və leysan yağışı nəticəsində İsmayıllı-Lahıc yolu bir müddət bağlı qalıb.

Redaktor.az xəbər verir ki, Qəbələ-İsmayıllı-Bakı magistral yolunun Xanagah kəndindən keçən hissəsində 10 ədəd ağac kökündən aşaraq yolun bir tərəfinin bağlanmasına səbəb olub.

5 saylı Xüsüsi Təyinatlı Yol İstismar İdarəsinin texnikaları vasitəsi ilə həmin yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.