Prezidentdən xahiş etmişdi, arzusu reallaşdı

 20:12 07.09.2023     318

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 26-da Zabuxa səfəri zamanı ölkə rəhbərliyindən ölən oğlunun ailəsinin də Laçına köçürülməsini xahiş edən 82 yaşlı Qəribə Həsənovanın arzusu yerinə yetirilib.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yaşlı qadının istəyi bu gün reallaşıb.

Dövlət başçısının göstərişi ilə Qəribə Həsənovanın gəlini və nəvələrinin Zabuxa köçürülməsi təmin edilib.